Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Rəbiyyət Aslanova kvotanın əleyhinədir
26.05.11 02:38

Bütün hallarda Milli Məclisə deputatların seçilməsinə kvota qoyulmasının əleyhinəyəm. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova deyib. O, qeyd edib ki, son günlər söhbət gəzir ki, qadın millət vəkillərinin seçilməsi ilə bağlı kvota müəyyənləşsin. “Əgər növbəti seçkilərdə 125 millət vəkilindən 50 faizi qadın seçilərsə, kvota 30 faiz müəyyənləşərsə, o zaman vəziyyət necə olacaq? Ona görə də istər yaş baxımından, istərsə də cinsi mənsubiyyətə görə, kvotanın qoyulması qəbul edilməzdir”,-deyə komitə sədri vurğulayıb. Qeyd edək ki, parlamentin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli millət vəkili seçkiləri ilə bağlı cavan nəslə nisbətdə yaşlı nəslə üstünlük verilməsi üçün kvota müəyyənləşdirilməsi təklifi ilə çıxış edib.
URL / WWW
http://kelam.az/article/a-3656.html