Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Növbəti tədris ilinədək 25 məktəb istifadəyə veriləcək
25.05.11 21:38

Növbəti tədris ilinədək Azərbaycanın müxtəlif bölgələrində 25 orta ümumtəhsil məktəbi istifadəyə veriləcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya müsahibəsində Təhsil Nazirliyinin Texniki şöbəsinin əməkdaşı Elman Əzimov söyləyib. E.Əzimov qeyd edib ki, yeni istifadəyə veriləcək məktəblər təxminən 5500 şagird yerlik olacaq. Onun sözlərinə görə, həmin məktəblər Ağcabədi, Bərdə, Göygöl, Qobustan, Qusar, Neftçala, Şəki, Şəmkir, Lənkəran, Lerik, Masallı, Cəlilabad, Göyçay, Goranboy, Tovuz, Zaqatala, Kürdəmir, Ucar, İmişli, Balakən, Şabran, İsmayıllı və Beyləqan rayonlarında istifadəyə veriləcək. O, əlavə məktəblərin də tikilməsinin nəzərdə tutulduğunu söyləyib.
URL / WWW
http://kelam.az/article/a-3655.html