Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Ziyafət Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti NATO PA-nın yaz sessiyasında iştirak edəcək
26.05.11 02:38

Mayın 27-dən 30-dək Bolqarıstanın Varna şəhərində NATO Parlament Assambleyasının yaz sessiyası keçiriləcək. Parlamentdən “KƏLAMİNFO”ya bildiriblər ki, sessiyada Azərbaycanı Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. Nümayəndə heyətinin tərkibinə deputatlardan Məlahət İbrahimqızı və Qüdrət Həsənquliyev daxildirlər. Sessiyanın iclaslarında informasiya və milli təhlükəsizlik, Ukraynada daxili dinamika və xarici siyasətin prioritetləri, Əfqanıstanda idarəetmə problemləri, raket əleyhinə müdafiə, Çinin tərəqqisi və bunun NATO üçün mümkün nəticələri, bioloji və kimyəvi təhdidlərə qarşı müqavimət göstərilməsi, sənayenin su təhlükəsizliyinə təsiri və digər mövzularda məruzələr dinləniləcək, fikir mübadiləsi aparılacaq. Bundan başqa, səfər çərçivəsində nümayəndə heyətinin bir sıra görüşləri də nəzərdə tutulub.
URL / WWW
http://kelam.az/article/a-3653.html