Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Jurnalistlərə tikiləcək binanın təməl qoyma mərasimi mayın sonuna qədər baş tutmaya bilər
24.05.11 19:55

“Jurnalistlərə tikiləcək bina üçün yer ayrılıb və bununla bağlı layihə sənədləri hazırlanıb. Demək olar ki, texniki sahədə olan işlərin 90 faizi başa çatdırılıb”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİV DF) icraçı direktoru Vüqar Səfərli söyləyib. O, jurnalistlər üçün tikiləcək evlərlə bağlı prosesin hansı mərhələdə olduğunu açıqlayıb: “Biz söz vermişdik ki, may ayında binanın təməl qoyma mərasimini keçirəcəyik. Lakin bəzi sənədlərin yubanmasına görə işin deyilən vaxt reallaşması bəlkə də mümkün olmadı. Çox güman ki, qısa bir müddət ərzində bu məsələni həyata keçirəcəyik. Artıq bütün sənədlər Bakı şəhər İcra Hakimiyyətinə verilib. Söz veriblər ki, bu həftənin 4-5-ci günləri bizə inşaat pasportunu, tikinti üçün sərəncamı təqdim edəcəklər. Ondan sonra biz sənədləri ekspertizadan keçirilməsi üçün Fövqəladə Hallar Nazirliyinə təqdim edəcəyik. Ondan sonra isə tikinti başlamalıdır. Hesab edirəm ki, Bakı şəhər İcra Hakimiyyəti bu həftə sənədləri bizə versə, yəqin ki, həmin sənədlər 10-15 gün də Fövqəladə Hallar Nazirliyində baxılacaq. Ondan sonra isə binanın təməl qoyma mərasimini keçirəcəyik”.
URL / WWW
http://kelam.az/article/a-3650.html