Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 286 030 nəfərdir
24.05.11 19:55

Azərbaycanda cari il aprelin 1-nə olan statistikaya əsasən, əmək pensiyası alan şəxslərin sayı 1 286 030 nəfər təşkil edib. Dövlət Sosial Müdafiə Fondundan “KƏLAMİNFO”ya bildiriblər ki, cəmi əmək pensiyası alan şəxslərin 39 faizi kişi, 61 faizi isə qadındır. Onlardan 64 faizi yaşa görə, 25 faizi əlilliyə görə, 11 faizi isə ailə başçısının itirilməsinə görə pensiya alır. Qeyd edək ki, əmək pensiyası – “Əmək pensiyaları haqqında” Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığorta olunan şəxslərin onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta olunan şəxslərin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Əmək pensiyasının 3 növü var:- yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası.
URL / WWW
http://kelam.az/article/a-3649.html