Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycanlı ekspert: “Gürcüstanda indiki çaxnaşmaların tamamilə başqa səbəbləri var”
24.05.11 19:55

Son illər ərzində “rəngli” inqilablar silsiləsindən sonra Gürcüstan yeganə dövlətdir ki, o, inqilabın gözləntilərini qismən də olsa doğruldub. Bunları “KƏLAMİNFO”ya müsahibəsində siyasi ekspert Elxan Şahinoğlu bildirib. Ekspert qeyd edib ki, əslində Gürcüstanda indiki çaxnaşmaların tamamilə başqa səbəbləri var. “Rusiya ilə bağlı münasibətlərdə ciddi problemlər var, bir çoxları Mixail Saakaşvilinin ifrat qərbçi və avro-Atlantik siyasətinin fiaskoya uğradığını qeyd edirlər. Amma bunu yalnız M.Saakaşvilinin ünvanına yazmaq o qədər də düzgün olmazdı. Bəzi hallarda Qərb dövlətləri də ardıcıl siyasət yürütməyiblər. Daha çox obyektiv və eləcə də subyektiv səbəblərdən Rusiyaya tərəf çox boylanıblar. Kimisi qaza görə, kimisi geosiyasi güzəştlərə, kimisi də şəxsi münasibətlərə görə, Rusiyanın maraqlarını nəzərə almağa cəhd ediblər”,-deyə E.Şahinoğlu vurğulayıb. Onun sözlərinə görə, NATO da Gürcüstanı öz sıralarına qəbul etməyə tələsmir. “Bunu hiss etmək o qədər də çətin deyil. Hesab edirəm qonşuluqda Gürcüstanın hazırkı şəraitdə düşdüyü vəziyyətdən Azərbaycan özü üçün siyasi nəticələr çıxara bilər”,-deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-3648.html