Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Korrupsiya qarşı mübarizə Azərbaycanda biznesin inkişafı üçün əla stimul ola bilər”
24.05.11 19:55

“Hesab edirəm ki, bu gün Azərbaycan investisiya sahəsində böyük bir inkişaf yolunu keçir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Dünya Bankı Qrupunun İnvestisiya mühiti üzrə məsləhət xidmətləri layihəsinin rəhbəri İrina Niderberqer bildirib. O qeyd edib ki, bu sahədə inkişafı daha yüksək mərhələyə keçirmək üçün Azərbaycan hökumətində kifayət qədər resurs var. “Azərbaycan prezidentinin ilin əvvəlindən korrupsiyaya qarşı ciddi mübarizəyə başlaması ölkədə investisiya mühitinin yaxşılaşdırılması üçün münbit şərait yaradıb. Belə islahatlar Azərbaycanda biznesin gələcək inkişaf üçün əla stimul ola bilər. Bu yöndə ölkə başçısının mütəmadi verdiyi tapşırıqlar Azərbaycan üçün gələcək təhlükəsiz iqtisadi mühitdən xəbər verir” - deyə İ.Niderberqer vurğulayıb. O qeyd edib ki, belə bir şəraitdə təmsil etdiyi Dünya Bankı Azərbaycanda yeni layihələrin həyata keçirilməsini planlaşdırır.
URL / WWW
http://kelam.az/article/a-3647.html