Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elmar Məmmədyarov Meksika mətbuatına Dağlıq Qarabağ münaqişəsindən danışıb
25.05.11 00:55

Xarici işlər naziri Elmar Məmmədyarovun Meksikaya həyata keçirilmiş səfərinə dair ölkədə yeganə ingilis dilində çap edilən “The News” qəzetində geniş məqalə dərc edilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Meksikadakı səfirliyimizdən veriblər. Məqalədə E.Məmmədyarova istinad olunaraq qeyd edilib ki, Azərbaycan enerji, ticarət və investisiyalar sahələrində Meksikaya yardım göstərməyi təklif edib və eyni zamanda, Meksika Hökuməti tərəfindən Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ölkəmizin haqlı mövqeyinin gələcəkdə də müntəzəm şəkildə dəstəklənməsinə ümid edilir. Məqalədə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, xalqımıza qarşı etnik təmizləmələr, Azərbaycanın bir milyona yaxın qaçqın və məcburi köçkünlərinin hüquqlarının tapdalanması, işğal edilmiş ərazilərdə tarixi və mədəni irsinin məhv edilməsindən söz açılır. Həmçinin bildirilir ki, Ermənistanla münaqişənin həll edilməsi Azərbaycan üçün prioritet məsələ olaraq, Azərbaycanın xarici siyasətinin formalaşması üçün əsas təsiredici faktordur və münaqişənin həllində Azərbaycanın mövqeyi BMT Nizamnaməsi və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. BMT Təhlükəsizlik Şurasının qətnamələri və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlərə istinad edilərək vurğulanır ki, sözügedən sənədlər Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədlər çərçivəsində suverenliyi və ərazi bütövlüyünün tanındığının əsas göstəricisidir. Məqalədə, həmçinin Azərbaycan tərəfindən Latın Amerikası regionunda lider ölkələrdən biri və beynəlxalq təşkilatlar çərçivəsində xüsusi rolu olan Meksika ilə əməkdaşlıq məsələlərinə mühüm əhəmiyyət verildiyi qeyd edilib, ölkələrimiz arasında mümkün əməkdaşlıq sahələri, o cümlədən enerji, informasiya texnologiyaları, ticarət və mədəniyyət sahələrində əlaqələrin inkişaf etdirilməsi perspektivlərinin araşdırıldığı qeyd edilib. Bildirilir ki, 2008-ci ildən etibarən Azərbaycanın Meksikadakı səfirliyi fəaliyyət göstərdiyi müddətdə ölkələrimiz arasında ikitərəfli əlaqələr daha intensiv şəkildə inkişaf etməyə başlayıb. Bu xüsusda, Meksikada keçirilmiş Azərbaycanın mədəniyyət günləri, habelə Meksikanın iqtisadiyyat və biznes dairələrinin nümayəndələrinin Bakıya səfəri, iki ölkənin gənclər və idman və informasiya texnologiyaları sahələrində yaradılmış əməkdaşlıq əlaqələri və bir sıra digər tədbirlər və yüksək səviyyəli rəsmi səfərlərin həyata keçirildiyi məqalədə vurğulanıb.
URL / WWW
http://kelam.az/article/a-3646.html