Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bakıda Regional Rabitə Birliyinin komissiya iclası işə başlayır
24.05.11 23:55

Bu gün Bakıda Regional Rabitə Birliyinin (RRB) Rabitə iqtisadiyyatı üzrə komissiyasının 27-ci iclası öz işinə başlayır. “KƏLAMİNFO” xəbər verir ki, iclasın açılış mərasimində rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov iştirak edir. İkigünlük toplantı çərçivəsində geniş spektrli məsələlərə baxılacağı nəzərdə tutulur. Tədbir iştirakçıları əsasən RRB-nin 2010-cu il büdcəsinin icra olunmasının yekunları, İKT sahəsində iqtisadi münasibətlər sistemi, rabitə sahəsində tarif qoyma metodologiyası, MDB ölkələrində rouminq tariflərinin tənzimlənmə imkanlarına dair təkliflər, poçt şöbələrində maliyyə xidmətlərinin inkişafı və təkmilləşdirilməsi, universal xidmətlərin inkişaf mexanizmlərinin əsas istiqamətləri, rabitə və informasiya texnologiyaları sahəsinin inkişaf strategiyaları və digər məsələləri müzakirə edirlər. RRB-nin Rabitə iqtisadiyyatı üzrə komissiyasının 27-ci iclasında Azərbaycan tərəfi respublikada informasiya-kommunikasiya texnologiyalarının inkişafı, poçt şöbələri tərəfindən bank-maliyyə xidmətlərinin göstərilməsini nəzərdə tutan “Maliyyə Xidmətilərinin İnkişafı” layihəsinin həyata keçirilməsi, eləcə də universal telekommunikasiya xidmətləri haqqında məruzələrlə çıxış edib.
URL / WWW
http://kelam.az/article/a-3645.html