Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Ceyms Hamilton Ali Məhkəmənin sədri ilə görüşüb
24.05.11 23:55

Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Ceyms Hamilton Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşüb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Ali Məhkəmədən veriblər. Görüşdə Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə məlumat verən R.Rzayev qeyd edib ki, Azərbaycan məhkəmə hüquq sahəsində dünyanın bir çox inkişaf etmiş ölkələri ilə beynəlxalq təşkilatlar vasitəsilə uğurla əməkdaşlıq edir. Onun sözlərinə görə, Azərbaycanda ən yüksək qanunvericilik prinsipləri fəaliyyət göstərir. “Ölkəmizdə Avropa kontinental məhkəmə sistemi tətbiq olunur. Beynəlxalq hüquqi aktlar, xüsusən də “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəaları, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ öyrənilir və onlara istinad olunur. Qəbul edilən qərarlar Avropa standartlarına uyğunlaşdırılır. Məhkəmə sistemində ən yeni informasiya texnologiyalarından istifadə olunur”,-deyə R.Rzayev vurğulayıb.Ali Məhkəmənin sədri bildirib ki, Müstəqil Dövlətlər Birliyinə daxil olan respublikalar sırasında Azərbaycan əhalinin sayına görə ən az cinayət hadisəsi qeydə alınan ölkədir. R.Rzayev qeyd edib ki, Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması hərbi məhkəmələrin fəaliyyətini daha zəruri edir. Ali Məhkəmənin sədri Beynəlxalq Prokurorlar Assosiasiyası ilə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin transmilli cinayətkarlığa, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinə, çirkli pulların yuyulmasına və saxtakarlıq kimi cinayət növlərinə qarşı birgə mübarizə aparılmasından məmnunluğunu ifadə edib, bu mübarizənin gələcəkdə daha səmərəli nəticələr verəcəyinə əminliyini bildirib. Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Ceyms Hamilton vurğulayıb ki, Azərbaycanın Baş Prokurorluğu və Hərbi Prokurorluğu 1988-ci ildən Assosiasiyanın üzvlüyünə təşkilati üzv kimi qəbul olunublar.
URL / WWW
http://kelam.az/article/a-3644.html