Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Aydın İsmiyev: “Ermənilərin Dağlıq Qarabağdakı turizm fəaliyyəti ilə bağlı etiraz bildirəcəyik”
23.05.11 20:22

“Dağlıq Qarabağda ermənilər tərəfindən otellərin, turizm müəssisələrinin açılması, onların orada turizm fəaliyyəti göstərməsi qanunsuzdur”. “KƏLAMİNFO”un məlumatına görə, bunu Mədəniyyət və Turizm Nazirliyinin Turizmin təşkili şöbəsinin müdiri Aydın İsmiyev bildirib. “Təbii ki, onlar bizdən lisenziya almayıblar, almayacaqlar da”,-deyən şöbə müdirinin sözlərinə görə, tövsiyə oluna və siyahı yerləşdirilə bilər ki, turistlər orada yerləşməsinlər: “Oralar bizim ərazilərdir, ermənilər tərəfindən işğal edilib, müvəqqəti olaraq ora nəzarət imkanlarını itirmişik, lakin bu, o demək deyil ki, onlar turizm fəaliyyəti ilə məşğul ola bilərlər. Biz hər yerdə bildiririk ki, o ərazilər Azərbaycanın işğal altında olan torpaqlarıdır və ermənilərin orada fəaliyyət göstərməsi qeyri-qanunidir. Onların Qarabağda turizm xidməti göstərməsi qanunsuzdur”. Qeyd edək ki, son günlər internet resurslarında Azərbaycanın rəsmi icazəsi olmadan ermənilərin Qarabağda 20-yə qədər otel tikib istifadəyə verməsi haqda məlumatlar özünə yer alıb. A.İsmiyev qeyd edib ki, bu məsələ ilə bağlı etirazlar səsləndiriləcək: “Ümumiyyətlə respublika ərazisində lisenziyası olmayan həm turizm şirkətləri, həm otellər var. Mövsümqabağı biz onlar haqda məlumatları açıqlayacağıq və tövsiyə edəcəyik ki, turistlər orada qalmasın, biz məsuliyyət daşımırıq. Əgər hansısa otelin lisenziyası yoxdursa, onun müvafiq sənədləri yoxdur. Bu, o deməkdir həmin oteldə qalan turistin həyatına biz cavabdeh deyilik”.
URL / WWW
http://kelam.az/article/a-3643.html