Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Aran iqtisadi rayonunda sosial-iqtisadi inkişaf perspektivləri müzakirə olunub
23.05.11 16:35

Yevlax şəhərində İqtisadi İnkişaf Nazirliyi və Yevlax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Aran iqtisadi rayonunun sosial-iqtisadi inkişafı: istehsalın modernləşdirilməsi ilə rəqabətqabiliyyətli məhsul istehsalının artırılması” mövzusunda konfrans keçirilib.
“KƏLAMİNFO” İİN-ə istinadən bildirir ki, tədbirdə İqtisadi İnkişaf Nazirliyi, Yevlax rayon İcra Hakimiyyəti, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri, eləcə də Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.  İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov ölkə iqtisadiyyatının dinamik inkişaf etdiyini, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulayaraq bildirib ki, hazırda ÜDM-nin 80 faizdən çoxu özəl sektorda yaradılır. Onun sözlərinə görə, 2010-cu ildə qeyri-neft sektorunun real artım tempi ümumi artımı üstələyərək 7,9 faiz təşkil edib, qeyri-neft ixracı 17,8 faiz artıb: “Qeyri-neft sektorunun dinamik inkişafı 2011-ci ildə də davam edib və bu ilin I rübündə qeyri-neft sektorunda 5,6 faiz artım qeydə alınıb”.
Tədbirdə Aran iqtisadi rayonunda istehsalın modernləşdirilməsi və həcminin daha da artırılması məsələləri ilə bağlı müzakirələr aparılıb.
URL / WWW
http://kelam.az/article/a-3641.html