Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » «Eurovision» qalibimizin qızı müğənni olmaq arzusundadır
24.05.11 02:35

«Eurovision»un builki qalibləri Nigar Camal və Eldar Qasımov müsabiqənin rəsmi saytına geniş müsahibə veriblər. “KƏLAMİNFO”nun məlumatına görə, onlar müsabiqə başa çatsa da, rahat yuxu yata bilmədiklərini bildiriblər.
Bunu daima tədbirlərdə, görüşlərdə və onlar üçün təşkil edilən ziyafətlərdə iştirak etdikləri ilə əsaslandırıblar. Nigar Camal deyib ki, müsabiqədən üç gün sonra yatdığı yuxu cəmi 7 saat edib: «Amma qələbə sevinci bizə bütün yorğunluq və yuxusuzluğu unutdurub».
Nigar Camal onu da vurğulayıb ki, onun səhnədə böyük uğurundan sonra böyük qızı müğənni olmaq arzusuna düşüb. O, gələcəkdə anası kimi «Eurovision» səhnəsinə çıxmaq həvəsindədir.
URL / WWW
http://kelam.az/article/a-3640.html