Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Bələdiyyə seçkiləri ilə əlaqədar aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə başlanıb
02.12.09 21:47

Bələdiyyə seçkiləri ilə əlaqədar aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə başlanıb. Aşağı seçki komissiyalarının 30 minə yaxın üzvünü əhatə edəcək treninqlərin keçirilməsində məqsəd komissiya üzvlərinin peşə hazırlığı səviyyələrinin daha da yüksəldilməsidir. Treninqlər Mərkəzi Seçki Komissiyasının Treninq qrupu tərəfindən hazırlanmış trenerlər (hər dairə seçki komissiyası üzrə 2 trener) tərəfindən keçirilir. Aşağı seçki komissiyalarının üzvləri kiçik qruplar şəklində treninqlərdə iştirak edirlər. Bu barədə məlumatı KƏLAMİNFO-ya MSK-dan veriblər. Həmin trenerlər aşağı seçki komissiyalarının üzvlərinə səsvermə günü həyata keçiriləcək seçki hərəkətləri ilə bağlı təqdimatlar edir və praktiki məşğələlər keçirlər. Trenerlər təqdimat və məşğələlərin daha səmərəli keçirilməsi üçün Mərkəzi Seçki Komissiyası tərəfindən əyani vəsaitlər, müasir multimedia vasitələri və s. texniki avadanlıqlarla təchiz olunmuşlar. Treninqlər Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim olunmuş qrafikə uyğun olaraq keçirilir. Treninqlər dekabr ayının 10-dək davam edəcək. Xatırladaq ki, bu tədbir Mərkəzi Seçki Komissiyasının bələdiyyə seçkiləri ilə bağlı hazırladığı maarifləndirmə proqramının tərkib hissəsidir.
URL / WWW
http://kelam.az/article/a-364.html