Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » “NATO Azərbaycana doğru nə qədər addım atacaqsa, bu, cavabsız qalmayacaq”
24.05.11 02:31

“Azərbaycanın NATO ilə münasibətdə “Qoşulmamaq hərəkatı”na qoşulması Bakının qurum ilə əlaqələri kəsməsi demək deyil”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində politoloq Mübariz Əhmədoğlu bildirib.
Politoloq deyib ki, NATO Azərbaycana doğru nə qədər addım atacaqsa, Azərbaycan da bu addımları cavabsız qoymayacaq. “Azərbaycan ağıllı, düşünülmüş siyasətə malik dövlətdir. Bu gün ortalığa çıxmış təhdidlərə reaksiya verməlidir. Azərbaycan hakimiyyəti xalqın təhlükəsizliyini təmin etməlidir. Bu gün hesab edir ki, bu addım atılmalıdır, bu addımı atır”,-deyə M.Əhmədoğlu vurğulayıb.
Ekspert həmçinin xatırladıb ki, NATO nə vaxtsa deyibmi ki, Azərbaycanı üzv görmək istəyir? “1995-1996-cı illərdə NATO bizi rədd etdi. Nəyə görə biz bəyan etməliyik ki, belə bir quruma üzv olmaq istəyirik? Rusiyanın, İranın, lap o tərəfdən də Çinin təziqlərini üstümüzə çəkək? Bu, niyə lazımdır? Mənə lazımdır sakitlik, təhlükəsizlik. Əlimə düşən bir tikə çörəyi camaatımla yeyim. İndiki dövrdə bu addımın atılması zəruridir”,-deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-3637.html