Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Vaşinqtonda Azərbaycan mədəniyyəti alqışlanıb
21.05.11 02:31

ABŞ-da respublikamızın müstəqilliyinin 20 illiyi, 28 May Respublika günü və ümummilli lider Heydər Əliyevin doğum gününün 88-ci ildönümü münasibətilə təşkil olunmuş konsert proqramlarına yekun vurulub. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Hyuston şəhərində keçirilən Hyuston Beynəlxalq Festivalı, həmçinin Los-Anceles, Santa-Monika, San-Fransisko şəhərlərindəki uğurlu çıxışlardan sonra ABŞ-a səfər çərçivəsində Azərbaycanın mədəniyyət və incəsənət ustaları 19 may 2011-ci il tarixdə Vaşinqton şəhərində Ronald Reagan Buildingdə möhtəşəm yekun konsert proqramı ilə çıxış edib. Xatırladaq ki, Dövlət Rəqs Ansamblı, pionoçu Emil Əfrasiyab, muğam dördlüyü və digər musiqiçilərimizin iştirak etdiyi konsert proqramında tamaşaçılara caz musiqisi ilə muğam və xalq mahnılarının sintezi təqdim olunub. Azərbaycan milli rəqslərinin də nümayiş olunduğu proqramı böyük hərarətlə qarşılayan amerikalılar xalqımızın mədəniyyətini yüksək qiymətləndirib, təəssürat və xoş duyğularını nümayəndə heyətimizlə bölüşüblər.
URL / WWW
http://kelam.az/article/a-3635.html