Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Türkiyədə 5.9 bal gücündə zəlzələ: 3 ölü
21.05.11 02:31

Türkiyənin Kütahya vilayətində 5.9 bal gücündə zəlzələ baş verib. “KƏLAMİNFO” “CNNTürk”ə istinadən xəbər verir ki, yeraltı təkanlar nəticəsində 3 nəfər ölüb, 79 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Kütahya valisi bildirib ki, gecəki zəlzələdən sonra şəhərdə 450 kiçik yeraltı təkanlar hiss olunub. ”Dövlətimiz güclüdür, baş nazir və nazir müavininin əmrilə bütün xilasetmə tədbirləri həyata keçirilir. Hadisə yeri daima nəzarətimzidədir”,-deyə Kütahya valisi Çiftçi əlavə edib. Yeraltı təkanlar İstanbul, Bursa, Kocaeli, Yalova, Çanaqqala və Tekirdağ vilayətlərində də hiss olunub. Bundan başqa, zəlzələni Ankara, Əskişəhər, İzmir, Dənizli və Manisa sakinləri də hiss edib. Bölgədə 5 mərtəbəli bina uçub, həmçinin iki məscid minarəsi də aşıb. Hadisə yerinə xeyli sayda xilasedicilər və tibbi briqadalar cəlb olunub. Uçqun altında kiminsə qalıb-qalmaması barədə məlumat yoxdur.
URL / WWW
http://kelam.az/article/a-3633.html