Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Özəl pensiya fondları 2015-ci ildən daha tez fəaliyyətə başlaya bilər
21.05.11 02:31

“Özəl pensiya fondları 2015-ci ildən tez yaradıla və Azərbaycanda bu sistem daha tez tətbiq oluna bilər”. “KƏLAMİNFO”nun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov deyib. Onun sözlərinə görə, bir həftə əvvəl Azərbaycanda səfərdə olan Dünya Bankı ekspertləri ölkəmizdə pensiyaların üçüncü elementinin (yığım) tətbiqinin vaxtının yetişməsi ilə bağlı təqdimat ediblər: “Düşünürük ki, ilkin olaraq könüllü ödəmələr hesabına yığım sisteminin tətbiqinə başlamaq və bundan sonra ikinci elementə keçmək imkanı var. Bu o deməkdir ki, bu gün bizə ödənən 25 faizlik sosial sığorta haqlarının müəyyən bir hissəsi yığım sisteminə yönəldilməlidir. Bu da ödəniləcək məbləğ qədər fondun gəlirlərinin azalması ilə nəticələnəcək. Sual çıxır: onda bu gəlirlər hansı vəsait hesabına kompensasiya oluna bilər? Bu sual hələ açıqdır”.S.Müslümov qeyd edib ki, hələ də qeydiyyatdan kənar çalışanların sayı çoxdur, əməkhaqlarının leqallaşdırılması istiqamətində problemlər qalmaqdadır. Fond sədrinə görə, bu problemlər həll olunduqdan sonra üçüncü element haqda danışmaq olar: “Təbii ki, bunlar fond tərəfindən başlansa, onun davamı kimi özəl pensiya fondlarının fəaliyyətə başlaması məsələsi həllini tapa bilər. Bunun üçün isə ilk öncə qanunvericilik bazası formalaşdırılmalıdır. Əgər sabah hansısa qeyri-dövlət pensiya fondu fəaliyyət başlayacaqsa, onun fəaliyyəti necə qurulacaq, o fond vəsaiti necə toplayacaq, hansı risklər, hansı qarantiyalar var, vəsaiti necə yerləşdirəcək, bunlar hamısı qanunvericilikdə əksini tapmalıdır”. S.Müslümovun sözlərinə görə, 2009-2015-ci illəri əhatə edən sığorta-pensiya sisteminin inkişafı ilə bağlı dövlət proqramında göstərilir ki, 2015-ci ilədək qanunvericilik bazasının yaradılması və ondan sonra özəl fondların yaradılması nəzərdə tutulur: “Biz bir sıra ölkələrə öz nümayəndə heyətlərimizi göndəririk və bu, davam edəcək, təcrübələr öyrənildikdən sonra qanunvericilik aktları layihələri hazırlanacaq. Düşünürəm ki, burada tələsməyə ehtiyac yoxdur”.
URL / WWW
http://kelam.az/article/a-3631.html