Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Beynəlxalq Elmi Olimpiadada qalib olan yeniyetmələrimiz seçdikləri ali məktəblərə imtahansız qəbul oluna bilərlər
03.12.09 02:47

Azərbaycanda 15 yaşlı yeniyetmələr arasında baş tutacaq Beynəlxalq Elm Olimpiadasında qalib olacaq gənclərimiz növbəti ildə seçdikləri ali məktəblərə imtahansız qəbul oluna bilərlər. KƏLAMİNFO xəbər verir ki, bu barədə gənclər və idman nazirinin müavini İntiqam Babayev jurnalistlərə açıqlamasında bildirib. Qeyd olunan beynəlxalq yarışmaya ölkəmizdən 15 nəfərdən ibarət komandanın qatıldığını deyən İ.Babayev qeyd edib ki, Azərbaycan ev sahibliyi etdiyi üçün daha çox heyyətlə iştirak edir. O, hər komandanı 3 şagird və 1 müəllim təşkil etdiyini, digər iştirakçı ölkələr üçün isə 3 komanda nəzərdə tutuluduğunu söyləyib. İ.Babayev ölkəmizin daha çox heyyətlə və daha potensiallı gənclərlə təmsil olunduğunu diqqətə çatdırıb. “Bu cür dünya əhəmiyyətli olimpiadadan qalib çıxan gənclərimizin ali məktəblərə imtahansız keçməsini müsbət hal kimi dəyərləndirik. Bunun üçün də müvafiq müzakirələr gedir və bunun həyata keçirilməsinə böyük ehtimal var”,- deyə nazir müavini vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-363.html