Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Xaricdə təhsil alan tələbələr haqqında debat olacaq
21.05.11 02:31

Mayın 21-i Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) gənclərin “Xaricdə təhsil alan tələbələr və azərbaycançılıq (“Soruşma: “Dövlət mənə nə edib?”, “Sən ölkən üçün nə etmisən?”) mövzusunda debatları keçiriləcək. SAM-ın mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Azərbaycan Gənclərinin VI Forumu ərəfəsində reallaşan debatda “Xaricdə təhsil almış və məzun olmuş azərbaycanlı gənclərin beynəlxalq Forumu” İctimai birliyinin (ASAİF) üzvləri, aspirantlar, gənc alimlər, eləcə də məsələ ilə bağlı ekspertlər iştirak edəcək. Tədbirin təşkilatçıları Gənclər və İdman Nazirliyi, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqıdır.Xatırladaq ki, “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” çərçivəsində keçirilən əvvəlki debatlar “Gənclər və informasiya cəmiyyəti: imkanlar və problemlər. Gənclər nəyə baxır, nəyi dinləyir, nəyi axtarır?”, “Tələbə gənclər: gözləmələr, innovativ potensial və cəmiyyətə qaytarılacaq dəyərlər”, “Gənclər və Azərbaycanda elmi inkişaf” mövzusunda aparılıb.
URL / WWW
http://kelam.az/article/a-3629.html