Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Reklam haqqında” qanuna dəyişikliklər ediləcək
19.05.11 20:02

Azərbaycanda “Reklam haqqında” qanuna dəyişiklik ediləcəyi gözlənilir. Bu barədə “KƏLAMİNFO” müsahibəsində Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Jalə Əliyeva bildirib. O qeyd edib ki, hazırda qanunda kifayət qədər boşluq var və xüsusilə də bu, reklamların dili ilə bağlıdır. “Plüralizm şəraitində yaşadığımız üçün demokratiya ab-havası bir çox sahəyə sirayət edib. Lakin elə dəyərlərimiz var ki, onun olduğu kimi qorunması və gələcək nəsillərə ötürülməsi hər birimizin vətəndaşlıq borcudur. Biz bunu biznes maraqlarına qurban verməməliyik” - deyə J.Əliyeva vurğulayıb. Millət vəkili deyib ki, hazırda komitədə bununla bağlı müzakirələr gedir.
URL / WWW
http://kelam.az/article/a-3625.html