Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azay Quliyev: “Eurovision”la bağlı layihə olarsa, müsabiqədənkənar da baxa bilərik”
19.05.11 20:02

“Bu il “Turizm” ilidir və ümid edirik ki, turizm mövzusunda QHT-lər arasında elan etdiyimiz müsabiqəyə maraq çox olacaq”. Bunu “KƏLAMİNFO”ya açıqlamasında Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib. Onun sözlərinə görə, bir neçə gün əvvəl elan edilən müsabiqədə 7 istiqamət üzrə qaliblər seçiləcək: “Müsabiqə iyunun 3-də başa çatacaq. Bilirsiniz, bu, çox yeni bir sahədir, QHT-lər bu istiqamətdə formalaşmayıblar. Amma biz istəyirik ki, bu sahədə təcrübəsi olanlar digərləri ilə bölüşsünlər. Xüsusilə kənd turizminin inkişafı, yeni turizm marşrutlarının müəyyənləşdirilməsi, işğal altında olan turizm məkanlarımızın bir daha aşkarlanması, yerli və beynəlxalq ictimaiyyətə təqdim olunması ilə bağlı təşəbbüsləri gözləyirik. Eyni zamanda bu gün turizm sahəsində kifayət qədər maariflənməyə ehtiyac var. Hər birimiz turizm xidmətlərindən yararlanırıq və xidmət keyfiyyəti bir çox hallarda bizi qane etmir. QHT-lər maarifləndirmə proqramları ilə çıxış edə bilər. Həmçinin xarici təcrübənin Azərbaycana gətirilməsində mühüm rol oynaya bilər qeyri-hökumət təşkilatlarımız”. A.Quliyev bildirib ki, “Eurovision-2012” mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsi ilə əlaqədar QHT-lərdən təkliflər olarsa, müsabiqədən kənar baxıla bilər: “Çox maraqlı ideyadır və maraqlı təklif olarsa, biz buna baxacağıq. Çünki “Eurovision” artıq bütün cəmiyyətin, dövlətin məsələsi oldu, biz hamımız çalışmalıyıq ki, bu müsabiqə ən yüksək səviyyədə təşkil olunsun”.
URL / WWW
http://kelam.az/article/a-3624.html