Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elmar Məmmədyarov Qoşulmamaq Hərəkatının 16-cı nazirlər görüşündə iştirak edəcək
20.05.11 02:58

Xarici işlər naziri Elmar Məmmədyarov mayın 25-27-də Balidə keçiriləcək Qoşulmamaq Hərəkatının 16-cı nazirlər görüşündə iştirak edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya XİN-in mətbuat katibi Elxan Poluxov bildirib. E.Poluxov qeyd edib ki, Azərbaycan indiyədək təşkilatda müşahidəçi statusuna malikdir. Tədbirdə Azərbaycan rəsmən bu təşkilata daxil olacaq. Qeyd edək ki, Qoşulmamaq Hərəkatı dünyanın 118 ölkəsini ilk növbədə hərbi bloklara qoşulmamaq prinsipi üzrə birləşdirən beynəlxalq təşkilatdır. Qoşulmamaq Hərəkatı 1961-ci ilin sentyabrında Belqradda 25 ölkənin iştirakı ilə yaradılıb. Təşkilata Asiya, Afrika və Latın Amerikası ölkələri, eləcə də 15 müşahidəçi ölkə - Azərbaycan, Ermənistan, Bosniya və Herseqovina, Braziliya, Qazaxıstan, Qırğızıstan, ÇXR, Kosta-Rika, Meksika, Paraqvay, Salvador, Serbiya, Tacikistan, Ukrayna, Uruqvay, Xorvatiya və Monteneqro daxildir.
URL / WWW
http://kelam.az/article/a-3618.html