Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » İçəri şəhərdə ilk numizmatik ekspozisiya açıldı
18.05.11 19:55

Bu gün İçəri şəhərdə ölkə əhəmiyyətli abidə olan, “Bakının tarixi mərkəzinin konservasiyası üzrə ətraflı Baş Plan”a uyğun olaraq bərpa işləri yenicə başa çatan Çin Məscidində ümummilli lider Heydər Əliyevin doğum gününə və 18 may Beynəlxalq Muzeylər gününə həsr olunan ilk Numuzmatik ekspozisiya açıldı. “KƏLAMİNFO” xəbər verir ki, ekspozisiyaya daxil olan sikkələr e. ə. IV əsrdən – XIX əsrin birinci yarısına qədər olan böyük bir dövrü əhatə edir. Burada pula qədər istifadə olunan əmtəə mübadilə vasitələri, Azərbaycan ərazisində yerləşən dövlətlərin və bu dövlətlərlə iqtisadi əlaqələri olan bir çox xarici dövlətlərin sikkələrini də görmək olar. Bu sikkələrin böyük bir hissəsi İçəri şəhərdə arxeoloji qazıntılar zamanı aşkar edilib. Bununla bərabər bu nümunələrin yayılma arealını əks etdirən xəritə də ekspozisiya iştirakçılarına təqdim olunub. Xatırladaq ki, ekspozisiyanın açılışı ölkə prezidentinin turizmin inkişafı ilə bağlı verdiyi sərəncama uyğun turistlərin marağını cəlb etmək üçün təşkil olunub.
URL / WWW
http://kelam.az/article/a-3617.html