Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Fransa sakinləri BVF rəhbərinin qəsdin qurbanı olduğunu düşünür
18.05.11 19:55

Fransa sakinlərinin böyük əksəriyyəti hesab edir ki, ABŞ-da seksual zorakılıq ittihamı üzrə ittiham olunaraq həbs edilən Beynəlxalq Valyuta Fondunun rəhbəri Dominik Stross-Kan əvvəlcədən planlaşdırılan qəsdin qurbanı olub. «KƏLAMİNFO» «Frans-Press» agentliyinə istinadən xəbər verir ki, bu fikirlə fransızların 57 faizi bölüşür. 37 faiz hesab edir ki, BVF rəhbərini qəsd qurbanı hesab etmirlər. Agentlik bu qənaətə Fransanın CSA sorğu institutunun apardığı araşdırmadan sonra gəlib. Sosialistlər Partiyasında ən populyar siyasətçi olan Kanın qəsd qurbanı olduğunu partiyadaşları da hesab edir. Respondentlərin 70 faizi bu qənaətdə olduğunu bildirib, 23 faiz isə Kana qarşı qəsd olmadığını qənaətindədir.
URL / WWW
http://kelam.az/article/a-3614.html