Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Klinton İranı nüvə danışıqlarının bərpasına çağırıb
18.05.11 19:55

ABŞ dövlət katibi Hillari Klinton İranı mövqeyindən əl çəkib, nüvə danışıqlarının bərpasına çağırıb. «KƏLAMİNFO» «Qolos Amerika»ya istinadən xəbər verir ki, Klinton vurğulayıb ki, nüvə ambisiyalarına dair beynəlxalq ictimaiyyətin narahatlıqlarına cavab vermək İranın borcudur. Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Ketrin Aşton Klintonla görüşündə danışıqların yeni raundunu görmək arzusunda olduğunu bildirib. Keçən həftə İranın Aİ-də aparılan danışıqlara məsul əməkdaşı Səid Cəlili İranın altı fövqəldövlətin nümayəndələri ilə danışıqlara hazır olduğunu demişdi. Cəlilinin təklifi Aştonun Britaniya, Çin, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və ABŞ adından İrana ünvanladığı məktuba cavab idi.
URL / WWW
http://kelam.az/article/a-3612.html