Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa rəhbəri Azərbaycana gəlir
18.05.11 19:55

19-22 may tarixlərində Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Şəbəkəsi Rəhbər Komitəsinin sədri, Polşanın Sosial Sığorta Təşkilatının prezidenti Zbiqnev Derdzyukun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olacaq. Dövlət Sosial Müdafiə Fondundan “KƏLAMİNFO”ya verilən məlumata görə, səfər zamanı Azərbaycanın inkişaf etmiş Avropa ölkələri ilə bir sırada üzv olduğu BSTA-nın Avropa Şəbəkəsinin yaxın gələcəkdəki fəaliyyəti, eləcə də Dövlət Sosial Müdafiə Fondu ilə Polşanın Sosial Sığorta Təşkilatı arasında gələcək əməkdaşlığı nəzərdə tutan istiqamətlərlə bağlı müzakirələr aparılacaq. Bundan başqa, müzakirələr zamanı sosial sığorta və pensiya təminatı sahəsindəki islahatlar, bu sferada informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, kadr potensialının inkişaf etdirilməsi, həmçinin Avropada əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan vətəndaşlarının gələcək pensiya təminatı məsələləri diqqət mərkəzində olacaq. Səfər çərçivəsində nümayəndə heyətinin Dövlət Sosial Müdafiə Fondunun aparatı və yerli şöbələrinin fəaliyyəti ilə tanışlığı, Azərbaycan Respublikasının bir sıra rəsmi orqanlarında görüşlərinin keçirilməsi nəzərdə tutulur.
URL / WWW
http://kelam.az/article/a-3611.html