Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Gənclər və İdman Nazirliyində Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadasına həsr olunmuş mətbuat konfransı keçirilib
03.12.09 02:47

Bu gün Gənclər və İdman Nazirliyində Bakıda təşkil olunacaq Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadasına həsr olunmuş mətbuat konfransı keçirilib. KƏLAMİNFO xəbər verir ki, konfransda çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev ölkəmizdə ilk dəfə olaraq keçiriləcək belə beynəlxalq tədbir haqqında məlumat verib. Onun sözlərinə görə, bundan əvvəl beş Beynəlxalq Elm Olimpiadası ardıcıl olaraq 2004 və 2005-ci ildə İndoneziyada, 2006-cı ildə Braziliyada, 2007-ci ildə Tayvanda və 2008-ci ildə isə Koreyada keçirilib. Bu olimpiadalarda iştirak edən Azərbaycan yalnız son iki olimpiadada 6 bürünc medal qazanıb. İ.Babayev qeyd edib ki, beynəlxalq tədbirin bu ilki mərhələsi ölkəmizdə 2-11 dekabr tarixlərində keçiriləcək. Yarışmaya 49 ölkədən 600-dən çox tələbə və müəllimlərin qatıldığını nəzərə çatdıran İ.Babayev artıq hazırlıq məqsədilə mart ayından etibarən Təhsil və Elm Komitələrinin yaradıldığını vurğulayıb. O, bildirib ki, Elm Komitəsinə görkəmli alim Hafiz Paşayev, Təşkilat Komitəsinə isə gənclər və idman naziri Azad Rəhimov rəhbərlik edir.Olimpiadanın təşkilatı işlərinin Təşkilat Komitəsi tərəfindən həyata keçirildiyini söyləyən nazir müavini 30-a yaxın alim və mütəxəssisin qatıldığı Elm Komitəsinin isə yarışma üçün sualların hazırlanması və nizamlanması ilə məşğul olduğunu bildirib. O, eyni zamanda olimpiadaya növbəti illərdə ev sahibliyi edəcək Nigeriya və Hollandiyanın da mütəxəssis qrupunun təcrübə məqsədilə paytaxtımızda qonaq olduğunu söyləyib. İ.Babayev həmçinin qeyd edib ki, yarış zamanı asudə vaxtların təşkil olunması ilə əlaqədar iştirakçılar üçün mədəni proqlamlar da hazırlanıb. Bura paytaxtımızın tarixi abidələri ilə tanışlıq, teatr və s. daxildir. Konfransda çıxış edən Beynəlxalq Elm Olimpiadasının prezidenti Masna Gin Tinq isə bu cür möhtəşəm tədbirin növbəti mərhələsinin Avropa ölkələri arasında ilk olaraq Azərbaycanda keçirilməsini təqdirəlayiq hal hesab edib. O, belə əhəmiyyətli tədbirə KİV əməkdaşlarının daha çox diqqət yetirməsini müsbət dəyərləndirib. Qeyd edək ki, 15 yaşlı yeniyetmələr arasında fizika, kimya və biologiya fənnləri üzrə təşkil olunacaq Beynəlxalq Elm Olimpiadası Bakıda Azərbaycan Hökuməti, Heydər Əliyev Fondu, İJSO (Beynəlxal Elm Olimpiadası) və Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə həyata keçirilir.
URL / WWW
http://kelam.az/article/a-361.html