Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Əmək sahəsində ayrı-seçkiliyə son qoyulacaq
18.05.11 19:55

Azərbaycanda məşğulluq və əmək sahəsində ayrı-seçkiliyə qarşı mübarizə üzrə planın hazırlanmasına həsr olunmuş seminar öz işinə başlayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) “KƏLAMİNFO”ya verilən məlumata görə, seminar Beynəlxalq Əmək Təşkilatının (BƏT) Layiqli Əməyə Texniki Dəstək Qrupunun və BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə ofisi tərəfindən təşkil olunub.ƏƏSMN, Beynəlxalq Əmək Təşkilatı, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası və digər müvafiq dövlət qurumların, vətəndaş cəmiyyəti institutları nümayəndələrinin iştirakı ilə keçirilən tədbirin əsas məqsədi BƏT-in tərəfdaşları üçün iş yerində ayrı-seçkiliyə qarşı davranış prinsipinin səmərəli icrasına kömək edəcək müvafiq fəaliyyət planının hazırlanmasıdır. İki gün davam edəcək seminar çərçivəsində işdə bərabərlik, uzunmüddətli çətinlik, milli qanunvericilikdə əmək münasibətlərində ayrı-seçkiliyə yolverilməzlik prinsipləri və mövcud vəziyyət, Azərbaycanda təhsildən layiqli əməyə keçidin gender aspekti və s. mövzular müzakirə olunacaq, ölkəyə aid nümunələr təhlil ediləcək. Tədbirin sonunda seminarın icmal hesabatının hazırlanması nəzərdə tutulur.
URL / WWW
http://kelam.az/article/a-3609.html