Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Faiq Qürbətov: “Turizm şirkətləri “Eurovision” qonaqlarının diqqətini bölgələrə yönəltməlidir”
18.05.11 19:55

“Eurovision-2012” mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsi ölkəmizin turizm sahəsində inkişafına böyük təkan verəcək. “KƏLAMİNFO” xəbər verir ki, bunu yap.org.az saytına açıqlamasında BMT-nin İnkişaf Proqramının turizmin inkişafı layihəsinin milli koordinatoru Faiq Qürbətov deyib. F.Qürbətov bildirib ki, bu hadisə Azərbaycanın turizm potensialının dünyaya nümayiş etdirilməsi baxımından da vacibdir. Onun sözlərinə görə, ölkəmizdə, o cümlədən Bakı şəhərində xeyli sayda otel mövcuddur: “Bu il bir neçə beşulduzlu otelin tikilib istifadəyə veriləcəyini nəzərə alsaq, Azərbaycan minlərlə əcnəbi turisti qəbul etməyə tam hazır olacaq”. Mütəxəssisin fikrincə, turizm şirkətləri əcnəbilər üçün yalnız şəhər daxilində deyil, bölgələrə, yəni tarixi-mədəni abidələrimizin olduğu yerlərə, gözəl təbiətə malik ərazilərə səfərlərini də təşkil etməlidir. Çünki bu amil yeni turist marşrutlarının açılması və xarici turistlərin ölkəmizə marağının artmasında əhəmiyyətli təsir göstərə bilər: “Azərbaycanda turizmin inkişafı ilə bağlı 2010-2014-cü illəri əhatə edən dövlət proqramı qəbul olunub. Eyni zamanda, 2011-ci il ölkəmizdə turizm ili elan edilib. Hər iki faktor ölkəmizdə turizmin inkişafına böyük təsir göstərəcək. Avropanın nüfuzlu mahnı yarışmasının Azərbaycanda keçirilməsi də ölkəmizin turizm potensialının təbliği baxımından böyük imkandır”.
URL / WWW
http://kelam.az/article/a-3608.html