Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Roland Kobia: “İnstitusional sahəyə ayrılan yardım 100 milyon avrodan ibarət zərfdir”
18.05.11 19:55

Gələn il Azərbaycanda institusional sahə ilə bağlı həyata keçirilən tədbirlərə ayrılacaq vəsait artırılacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı Apropa İttifaqının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Roland Kobia söyləyib. O, Avropa Birliyinin Azərbaycan hökuməti, parlament, vətəndaş cəmiyyəti və iqtisadi sektorlara institusional sahədə yardım göstərdiyini xatırladıb. “Onların potensialı daha da təkmilləşsə, biz fəaliyyətimizi daha yaxşı qura bilərik”,-deyən R.Kobia bu sahəyə ayrılan vəsaitdən də danışıb. O açıqlayıb ki, institusional sahəyə ayrılan yardım 100 milyon avrodan ibarət zərfdir. Bu tədbirlər üçün başqa maliyyə zərfləri də var. Onun sözlərinə görə, gələn il bu sahəyə ayrılan vəsait 75 faiz artırılacaq. “Şərq tərəfdaşlığı” ilə bağlı əməkdaşlığa toxunan R.Kobia xatırladıb ki, bu proqram 2 il əvvəl başlayıb və bir sıra layihələr mövcuddur ki, onlar da Azərbaycanın xeyrinə həyata keçiriləcək.
URL / WWW
http://kelam.az/article/a-3604.html