Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Viza rejiminin sadələşdirilməsi ilə bağlı hər iki tərəfdə siyasi iradə olmalıdır”
18.05.11 19:55

Yaxın gələcəkdə Azərbaycanla Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı danışıqlar başlayacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı Avropa İttifaqının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Roland Kobia söyləyib. Səfir xatırladıb ki, viza rejiminin sadələşdirilməsi məsələsi Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozonun Azərbaycana səfəri zamanı da müzakirə edilib. Onun sözlərinə görə, Barrozu da danışıqların tez bir zamanda başlayacağının söyləyib: “Mən deyərdim ki, bu, bir neçə həftənin məsələsidir. Biz bu danışıqlar üçün sadəcə mandatın verilməsini gözləyirik. Əgər hər iki tərəfdə siyasi iradə olarsa, bu proses çox tez olacaq. Biz istəyirik ki, Azərbaycanla əlaqələrimiz daha da açılsın, gediş-gəliş daha da yüngülləşdirilsin. Ancaq bu, beynəlxalq bir sazişdir və bu sazişin hər iki tərəfi öz ev tapşırığını yerinə yetirməlidir”,-deyən R.Kobia bu məsələ ilə bağlı Gürcüstanı nümunə kimi göstərib: “Gürcüstanda həm siyasi iradə var idi, həm də onlar bütun tələbləri, şərtləri yerinə yetirdilər. Tələblər ödənildikdən sonra onlar vizanın sadələşdirilməsi rejimindən faydalanırlar”. Səfir, iyun ayının sonlarında Bakıda Azərbaycanla Avropa İttifaqı arasında assosiasiya sazişinin imzalanmasına dair aparılan danışıqlarla bağlı növbəti iclasın da keçiriləcəyini açıqlayıb.
URL / WWW
http://kelam.az/article/a-3603.html