Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » “Şərq Tərəfdaşlığı” əlaqələri intensivləşdirməyə imkan verəcək
18.05.11 19:55

Bu gün “Şərq Tərəfdaşlığı” proqramı iki il sonra – nailiyyətlər və cağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, iqtisadçı ekspert Vüqar Bayramlı tədbirin mahiyyəti və “Şərq Tərəfdaşlığı” çərçivəsində Azərbaycanın əldə etdiyi uğurlardan bəhs edib. Tədbirdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia “Şərq Tərəfdaşlığı” proqramı barədə danışaraq, proqramın əsas məqsədinin siyasi baxış, sərhədlərdən yaxa qurtarmaq cəhdinin olduğunu və regiona sülh, stabillik və çiçəklənmə gətirəcəyini qeyd edib. Onun dediklərinə görə, proqram hər ölkə ilə assosiativ saziş imzalanmasını nəzərdə tutur. “Şərq Tərəfdaşlığı” proqramı və assosiativ saziş viza rejiminin sadələşdirilməsini nəzərdə tutur ki, bu da insanlar arasında əlaqələri intensivləşdirməyə imkan verəcək” - deyə o qeyd edib. Roland Kobia bu ilin sonunadək viza rejimi ilə bağlı danışıqlara başlanacağını söyləyib. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Azərbaycanın “Avroviziya” yarışmasında qalib gəlməsinə sevindiyini qeyd edərək, bu yarışmada təkcə musiqi müsabiqəsi yox, eyni zamanda siyasi məqamların mövcud olduğunu da deyib. “Bu, Azərbaycan üçün qızıl imkandır, çünki bütün diqqət bu ölkəyə yönələcək. Ümidvarıq ki, Azərbaycan bu imkandan ölkənin daha da modernləşdirilməsi üçün istifadə edəcək” - deyə o vurğulayıb. Konfransda Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi Əlimirzamin Əsgərov “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində Azərbaycan və Avropa İttifaqı arasındakı münasibətlərin geniş müstəviyə qədəm qoyduğunu deyib. O, proqramın münasibətlərin daha geniş inkişafına təkan verdiyini qeyd edib. XİN nümayəndəsi də viza rejiminin sadələşdirilməsinin vacibliyini vurğulayıb. “ Biz öz tərəfimizdən bu prosesin sürətləndirilməsi üçün Avropa Komissiyasının xahiş etdiyi bütün lazımı məlumatları təqdim etmişik. Viza rejimi bu ilin sonuna qədər öz həllini tapmalıdır. Viza məsələsi sadələşdirilsə, münasibətlər daha da genişlənər və biz ümid edirik ki, bu ilin sonu danışıqlara başlayacağıq” - deyə o əlavə edib. Daha sonra Ə.Əsgərov Avropa Parlamentinin Azərbaycanla bağlı son qətnaməsini qərəzli adlandırıb. “Azərbaycan demokratiyanın inkişafı uğrunda əlindən gələn səyləri edir. Buna bütün dünya şahiddir. Qətnamə birtərəfli, qərəzlidir və siyasiləşdirilib. Burada Azərbaycanla bağlı yoxlanılmamış məlumatlar əks olunub. Bu qətnamə Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin xarakterinə cavab vermir” - deyə o söyləyib. Konfransda “Demokratiya, idarəetmə, stabillik və sərhədlərin idarə olunması”, “İqtisadi inteqrasiya və Avropa İttifaqının siyasətinə uyğunlaşma”, “Energetika, iqlim dəyişiklikləri və ətraf mühit”, “İnsanlar arasında əlaqələr” mövzusunda müzakirələr aparılıb.
URL / WWW
http://kelam.az/article/a-3602.html