Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Sarkisyanın qardaşı jurnalistə hücum edib
18.05.11 03:44

Ermənistan parlamentində jurnalistlər üçün işləmək getdikcə çətinləşir. Buna səbəb bir sıra deputatların hərəkətləridir. Erməni xəbər agentliklərinin məlumatına görə, prezident Serj Sarkisyanın qardaşı, parlamentin deputatı Saşik Sarkisyan «Qraparaq» qəzetinin əməkdaşı Marine Xaratyana hücum edib. Onun özünü tam şəkildə cəzasız hiss etdiyini qeyd edən qəzetin əməkdaşı prezidentin qardaşını parlamentdə gördükdə ondan parlament seçkilərində iştirak edib-etməyəcəyini soruşub. «KƏLAMİNFO» «ArmTodey»ə istinadən xəbər verir ki, o isə bunun cavabında diktofonu söndürüb nə ixtiyarla ona sual verdiyini soruşub. Bundan sonra isə deputat təhqir və söyüşlərə keçib. Jurnalist onu sakitliyə çağıranda isə Saşik ona hücum etmək istəyib. İşə parlamentin mühafizə xidməti qarışıb. Jurnalist prezidentin qardaşının onu hansı söyüşlərlə söydüyünü əks etdirən stenoqramı prezident dəftərxanasına göndərəcəyini bildirib. Stenoqramda Saşikin xanım jurnalistə «it» deməsi əks olunub.
URL / WWW
http://kelam.az/article/a-3597.html