Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Mahmud Kərimov: “Yaş senzinin tətbiqində vahid standart deyil, fərdi yanaşma olmalıdır”
18.05.11 02:44

Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışanlarla bağlı yaş senzinin tətbiqində fərdi yanaşma olmalıdır. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı AMEA prezidenti Mahmud Kərimov söyləyib. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışanların yuxarı yaş həddinin 65 olması ilə bağlı Əmək Məcəlləsinə təklif olunan dəyişikliyə münasibət bildirən M.Kərimov hesab edir ki, burada vahid standart deyil, fərdi yanaşma olmalıdır: “Elə alimlər var ki, 65 yaşında çox məhsuldar çalışır, işləyirlər. Onların çoxlu tələbələri, aspirantları var. Ona görə də burada vahid standart deyil, fərdi yanaşma olmalıdır. Elə alimlər də var ki, 60 yaşa çatmamış fəaliyyətini dayandırıb və onlar elmi iş baxımında heç bir perspektiv vəd etmir. Onları təqaüdə göndərmədən işdən azad etmək daha yaxşı olar. Hər bir işçinin elmi fəaliyyəti və istedadı mütləq nəzərə alınmalıdır”. M.Kərimov AMEA-nın strukturlarında 10 minə yaxın insanın çalışdığını xatırladıb və qeyd edib ki, onların təxminən yarısına qədəri təqaüd yaşına çatanlardır. Onun sözlərinə görə, gənclərin sayı yaşlılara nisbətən azdır.
URL / WWW
http://kelam.az/article/a-3594.html