Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Ziyafət Əsgərov: “Bizim öz standartlarımız var və belə də davam edəcəyik”
17.05.11 19:44

“Avropa Parlamentindən Azərbaycana qarşı ikili standart, arxadan zərbə birini mürəkkəbi qurumadan digəri başlayır. Onların son qətnaməsi də bunlardan biridir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov bildirib. O qeyd edib ki, Azərbaycan bununla bağlı kəskin fikirlər bildirəcək: “Bu gün Qərb deyəndə bir jandarm başa düşülür. Bunlar beynəlxalq siyasəti, beynəlxalq hüququ öz əllərinə alıblar, necə istəyirlər elə də tətbiq edirlər. Onların devizi budur: “Güc bizdədir, resurs bizdədir və biz necə istəyirik elə də olmalıdır. İstəsəniz də budur, istəməsəniz də”. Amma ədalət, bərabərlik, təhlükəsizlik məsələləri gələndə, deyirlər ki, bunu biz özümüz həll eləməliyik. Onda sual olunur: yaxşı, onda bizi ora niyə dəvət eləmisiniz? Qaz lazım olanda, neft lazım olanda qaçırlar Azərbaycan prezidentinin üstünə, amma Azərbaycanda iki-üç cinayətkar tutulan kimi o saat QHT-lərlə işləyirlər. Axı bu da Azərbaycanın işidir, gəlin Azərbaycanla həll edin”. Z.Əsgərovun fikrincə, problem varsa, biz AP-nın üzvüyüksə, bunu bir yerdə həll eləməliyik: “İkili standart nəyə lazımdır?! Mən açıq deyirəm, bu gün “Nabucco”nun həyata keçirilməsi ilə bağlı Azərbaycana çox ciddi təzyiqlər var. O prosesin həyata keçirilməsi ilə bağlı bu gün heç bir həqiqətə uyğun olmayan qətnamələr qəbul edilir. Bundan istifadə edib Azərbaycandan əlavə güzəştlər qoparmaq və əgər qopara bilmirlərsə, insan hüquqları, demokratiya adı altında Azərbaycana təzyiqlər edilirsə, vallah bu, kişilikdən deyil. Onsuz da beynəlxalq aləmdə kişilik qalmayıb. Amma buna baxmayaraq, bizim öz standartlarımız var və belə də davam edəcəyik” - deyə Z.Əsgərov bildirib.
URL / WWW
http://kelam.az/article/a-3593.html