Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Əli Əhmədov: “Qərbin sadə insanları bəzi siyasətçilərindən daha obyektivdirlər”
18.05.11 02:44

“Eurovision” müsabiqəsində qələbə Azərbaycanın həyatını müşahidə edən nailiyyətlərin, yüksəlişin təcəssümü və ifadəsidir. Bu qələbə Azərbaycan mədəniyyəti ilə yanaşı, ölkə reallıqlarını bütün dünyaya çox gözəl şəkildə nümayiş etdirə bildi”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında YAP sədr müavini, millət vəkili Əli Əhmədov bildirib. O qeyd edib ki, gələn il Bakıda keçiriləcək növbəti müsabiqədə bir daha Azərbaycan gerçəkliklərinin dünyaya təqdim olunması üçün şərait olacaq. “Bu qələbə Azərbaycan ifaçılarının professionallığının sübutudur. Bəzi hallarda Azərbaycana qarşı ikili standartlar mövqeyindən yanaşmalar olur. Biz bu ikili yanaşmalar mövqeyini qəbul etmirik. Azərbaycanın Avropa müsabiqəsində qalib gəlməsi bir reallığı açıq şəkildə göstərdi ki, Qərbin sadə insanları özlərinin bəzi siyasətçilərindən fərqli olaraq daha ədalətli, daha obyektiv olurlar” - deyə Ə.Əhmədov vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-3592.html