Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Noyabrda 2, 618, 691 kvadratmetr ərazi mina və PHS-dən təmizlənib
02.12.09 20:44

Cari ilin noyabr ayında Azərbaycanın 2, 618, 691 kvadratmetr ərazisi mina və partlamayan hərbi sursatlardan (PHS) təmizlənib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) veriblər. Məlumata görə, əməliyyatlar zamanı 26, 395 PHS və mina aşkar edilərək zərərsizləşdirilib. Əməliyyatlarda 425 mütəxəssis, 115 yardımçı heyət, 6 mexaniki minatəmizləmə maşını və 30 minaaxtaran it iştirak edib. Noyabr ayında mina/PHS hadisəsi baş verməyib. Qeyd edək ki, ümumilikdə ANAMA tərəfindən indiyədək 118, 320, 758 kvadratmetr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilən mina və PHS-lərin sayı isə 530, 787 olub. Hazırda təşkilat tərəfindən təmizləmə əməliyyatları Tərtər, Ağdam, Füzuli, Tovuz, Ağstafa, Göygöl rayonlarında və Bakı şəhərinin Qaradağ rayonunun ərazisində aparılır.
URL / WWW
http://kelam.az/article/a-359.html