Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Hacı Əli Əliyev: “Gürcüstan müsəlmanları QMİ-ni tanıyır və ona nativ qurum görmür”
16.05.11 19:41

“Gürcüstanda yaradılmış Müsəlmanlar İdarəsi Qeyri Hökümət Təşkilatıdır və bu qurumu Gürcüstan müsəlmanları tanımır”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gürcüstan üzrə nümayəndəsi Hacı Əli Əliyev deyib. O, bildirib ki, Gürcüstanda yaşayan müsəlmanlara əvvələr olduğu kimi, yenə də Qafqaz Müsəlmanları İdarəsi rəhbərlik edəcək. Onun sözlərinə görə, Gürcüstanda yaradılan təşkilat QHT-dir və onun QMİ-yə heç bir aidiyyatı yoxdur. “Bu məsələyə Qafqaz ölkələrinin heç biri münasibət bildirməyib. Ona görə də hesab edirik ki, bu məsələ tezliklə öz müsbət həllini tapacaq və tarixən olduğu kimi Gürcüstan müsəlmanları QMİ tərəfindən idarə olunacaq”,-deyə Ə.Əliyev vurğulayıb. Onun sözlərinə görə, sovetlər birliyi dağıldıqdan sonra ilk dəfədir bu cür problem ortaya çıxır. Ə.Əliyev qeyd edib ki, Gürcüstan MDB məkanında yeganə dövlətdir ki, bu ölkədə dini münasibətləri tənzimləyən qanun yoxdur. “Gürcüstanda yaşayan bütün müsəlmanlar QMİ-ni tanıyır və ona nativ qurum görmür”,-deyən QMİ rəsmisi söyləyib ki, hazırda Gürcüstanda 30 məscid, 4 mədrəsə və 1 mədəni mərkəz fəaliyyət göstərir.
URL / WWW
http://kelam.az/article/a-3581.html