Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Hacı Allahşükür Paşazadə: “Qafqaz xalqlarını rifaha aparan yol sülhün qorunmasından keçir”
16.05.11 19:41

Azərbaycan prezidenti İlham Əliyev dövlət-din münasibətlərinə, Qafqaz xalqlarının rifahına xüsusi həssaslıqla yanaşır. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib. Şeyxülislam deyib ki, bu, Azərbaycan hökumətinin siyasətinin başlıca xətlərindəndir. “Biz din nümayəndələri hesab edirik ki, bütün Qafqaz xalqlarını rifaha aparan yol dinlər arasında anlaşmadan, sülhün qorunmasından keçir. Bu gün QMİ-nin fəaliyyəti Qafqazdakı bütün qanuni dini qurumların fəaliyyətinə təkan verir. Ümumi yığıncaqlarımızda biz hər zaman separatçılara, terrorçu qruplara qarşı vahid mövqedən çıxış etmişik. Biz əminik ki, ekstremistlərin mənəvi təcavüz planlarının qarşısını yalnız dövlət başçıları, ictimai təşkilatlar, dini icmaların birgə səyi nəticəsində almaq olar” - deyə Şeyxülislam vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-3580.html