Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Gənclərin mənzil təminatı ilə bağlı təkliflər hazırdır
17.05.11 02:37

2011-2015-ci illər Azərbaycan gəncliyi dövlət proqramına bir sıra yeni təkliflər irəli sürülüb. Təkliflər içərisində sosial ipotekanın verilmə qaydalarının daha da sadələşdirilməsi, sosial ipotekaya ayrılmış vəsaitin məbləğinin artırılması və sair daxildir. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə gənclər və idman nazirinin müavini İntiqam Babayev məlumat verib. İ.Babayev sosial ipotekaya ayrılan vəsaitin məbləğinin artırılacağının da mümkün olduğunu deyib: “Bilirsiniz ki, indi vəsait 35 min manata qədərdir. Bu vəsaitin qaldırılması məsələsi var. Müəyyən prosedurların azaldılması və sadələşdirilməsi prosesi, eyni zamanda verilən illik faizin bir qədər aşağı salınması müzakirə edilir. Gəncləri maraqlandıran məqamlar da var. Bu da gənc ailələr kateqoriyasının genişləndirilməsi, yəni bu gün olan 5 kateqoriyanı daha da artırmaqdır. Bütün bunlar hazırlanan təklif paketində var. İnşallah, bunlar hazırlanan son dövlət proqramında əksini tapacaq”.
URL / WWW
http://kelam.az/article/a-3579.html