Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Allahşükür Paşazadə: “Bu gün Gürcüstanda baş verən hadisə gələcək siyasi oyunların ilk addımıdır”
17.05.11 03:37

“Gürcüstanda müsəlmanlar üçün ayrıca idarənin yaradılması yeni məsələ deyil. Bu Gürcüstan müstəqillik əldə etdikdən sonra gedən proseslərin davamıdır.” “KƏLAMİNFO” xəbər verir ki, belə bir açıqlama ilə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə çıxış edib. A.Paşazadə qeyd edib ki, hər bir dövlətin ixtiyarı var ki, daxilində dini məsələlərlə bağlı müstəqil qərar qəbul etsin. “Ancaq Gürcüstanda söhbət ondan gedir ki, əgər Gürcüstanda, o cümlədən Ermənistanda başqa dinlər üçün də ayrıca belə bir idarə yaradılsaydı, o zaman bunu başa düşmək olardı. Ancaq Gürcüstanda qeyd edilən idarənin yaradılması bu ölkədə yaşayan azərbaycanlıları Azərbaycandan ayrı salmaq məqsədi güdür. Hesab edirəm ki, bu artıq dini məsələ deyil. Onların Gürcüstanda yaşayan müsəlmanları QMİ-nin fəaliyyətindən kənar saxlamaqda planları var. Mən şübhə etmirəm ki, bunun arxasında dolayısı ilə “Böyük Ermənistan” ideyası durur. Bu gün Gürcüstanda baş verən hadisə gələcək siyasi oyunların ilk addımıdır”,-deyə Bütün Qafqazın Şeyxi vurğulayıb.A.Paşazadə qeyd edib ki, QMİ məsələni nəzarətdə saxlayır və bununla bağlı ciddi addımlar atacaq.
URL / WWW
http://kelam.az/article/a-3578.html