Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Əli Hüseynli Varşavaya gedib
16.05.11 19:37

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu gündən mayın 19-dək Polşanın Varşava şəhərində səfərdə olacaq. Parlamentdən “KƏLAMİNFO”ya verilən məlumata görə, deputatımız ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun siyasi plüralizm mövzusuna həsr olunmuş seminarında iştirak edəcək. Tədbirdə siyasi partiyaların fəaliyyəti ilə bağlı qanunvericilik, bu strukturlarda qadınların və kişilərin bərabərhüquqlu iştirakı, sosial şəbəkələrdən istifadə və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Səfər çərçivəsində Polşanın Prezident Administrasiyasında, Parlamentdə, ölkənin Mərkəzi Seçki Komissiyasında bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulub.
URL / WWW
http://kelam.az/article/a-3577.html