Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK sədri: “Jurnalistika ixtisası üçün qabiliyyət imtahanlarının keçirilməsinin qəti əleyhinəyəm”
13.05.11 19:57

“Mən ali məktəblərdə jurnalistika ixtisası üçün qabiliyyət imtahanlarının keçirilməsinin qəti əleyhinəyəm”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib. O qeyd edib ki, kütləvi ixtisaslara qabiliyyət imtahanlarının keçirilməsinə ehtiyac yoxdur. TQDK sədrinin sözlərinə görə, müəllimlik, o cümlədən, jurnalistika kütləvi ixtisaslara aiddir. “Düzdür, jurnalistikanın müəllimlik qədər kütləvi ixtisas olduğunu demək çətindir. Amma jurnalistika da kütləvi ixtisasdır. İndi tutaq ki, biz müəllim olmaq istəyən hər bir namizəd üçün qabiliyyət imtahanı keçirdik. Bu gün Azərbaycanda müəllim olmaq istəyənlər heç də yüksək savadlı abituriyentlər deyillər. Müəllimliyə keçid balı 300-dür. Bu halda biz müəllimin gözəl olması, yaxud onun psixologiyası, uşaqlarla davranışına yönəlik abituriyentlə hər hansı qabiliyyət imtahanı keçirsək, uğursuz olar. Çünki müəllimliyə çox yüksək savadlı abituriyentlər sənəd vermirlər” - deyə M.Abbaszadə vurğulayıb. O, həmçinin bildirib ki, jurnalistika üçün də jurnalistin gözəl olması, yaxud başqa xüsusiyyətləri ilə bağlı qabiliyyət imtahanı keçirmək yersiz olardı. “Ümumiyyətlə, kütləvi ixtisaslar üçün qabiliyyət imtahanının keçirilməsi subyektivliyə və bir çox problemə yol aça bilər” - deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-3570.html