Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Nigar Camal və Eldar Qasımov 19-cu çıxış edəcək
14.05.11 02:55

Mayın 12-də Almaniyanın Düsseldorf şəhərində “Esprit Arena”da “Eurovision-2011” müsabiqəsinin II yarımfinalı da baş tutdu. “KƏLAMİNFO” İTV-yə istinadən xəbər verir ki, yarımfinal mərhələsində 19 ölkə finala çıxmaq uğrunda mübarizə aparıb. Mübarizə aparan ölkələr arasında Avstriya, Belarus, Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Kipr, Danimarka, Estoniya, Makedoniya, İrlandiya, İsrail, Latviya, Moldova, Rumıniya, Slovakiya, Sloveniya, İsveç, Niderland və Ukrayna təmsilçiləri olub. Bu ölkələrdən 10-u – Estoniya, Moldova, Rumıniya, İrlandiya, Bosniya və Herseqovina, Danimarka, Avstriya, Ukrayna, Sloveniya, İsveç finala vəsiqə qazanıb. Mayın 14-də baş tutacaq final mərhələsində isə 25 ölkə birincilik uğrunda mübarizə aparacaq. Bu ölkələr Azərbaycan, Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, İspaniya, Serbiya, Litva, Yunanıstan, Gürcüstan, İsveçrə, Macarıstan, Finlandiya, Rusiya, İslandiya, Estoniya, Moldova, Rumıniya, İrlandiya, Bosniya və Herseqovina, Danimarka, Avstriya, Ukrayna, Sloveniya, İsveçdir. Sıra nömrəsinə gəlincə isə qeyd edək ki, Azərbaycan təmsilçiləri 19-cu çıxış edəcəklər.
URL / WWW
http://kelam.az/article/a-3567.html