Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu vəfat edib
13.05.11 19:55

Əməkdar incəsənət xadimi, Dövlət Yuğ Teatrının baş rejissoru Vaqif İbrahimoğlu mayın 12-də vəfat edib. “KƏLAMİNFO” xəbər verir ki, görkəmli rejissor uzun sürən ağır xəstəlikdən sonra evində dünyasını dəyişib. Ağciyərində problem yaranan rejissor Ankaradakı Qazi Universitetinin xəstəxanasında uzun müddət müalicə olunub, bu il yanvarın 20-də vətənə dönüb. Vaqif İbrahimoğlu 18 oktyabr 1949-cu ildə Bakı şəhəri Mərdəkan qəsəbəsində anadan olub. 1989-cu ildən «YUG» Teatrının bədii rəhbəri vəzifəsində çalışıb. 22 may 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub. 2006-cı ildə Prezident mükafatına layiq görülüb. Azərbaycan prezidentinin fəxri təqaüdçüsü olub.
URL / WWW
http://kelam.az/article/a-3565.html