Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Mayın 22-si ali məktəblərə qəbulla bağlı ilk imtahan keçiriləcək
14.05.11 02:52

“Mayın 22-də cari tədris ili üçün ali və orta ixtisas məktəblərinə qəbulla bağlı Bakıda və digər bölgə mərkəzlərində rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili fənnindən ilk imtahan keçiriləcək”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, ikinci imtahan iyunun 26-da Bakıda təşkil ediləcək. “Bundan başqa mayın 15-də respublikanın 25 şəhərində sınaq imtahanları keçiriləcək. Bu imtahanlarda 32 mindən çox abituriyentin iştirakı nəzərdə tutulur. Mayın 18-də isə TQDK Baş Prokurorluqla birgə prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanları keçirəcək. Bu imtahanlarda iştirak etmək istəyən 454 nəfərin namizədliyi qeydə alınıb. Mayın 21-də ədliyyə orqanlarında, 22-də isə vergi və miqrasiya orqanlarında işə qəbul olmaq istəyənlər üçün test imtahanlar keçiriləcək”,-deyə TQDK sədri məlumat verib.
URL / WWW
http://kelam.az/article/a-3561.html