Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Qaçqınkom” Firuddin Cəlilov və Eldar Namazov haqda hüquq-mühafizə orqanlarına müraciət edəcək
13.05.11 19:52

“Ermənistandan olan məcburi köçkünlərin mülkiyyət sənədlərinin guya Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yandırılması ilə bağlı böhtan xarakterli yazıları yazan və yayan adamlar barəsində Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinə müraciət olunacaq. Artıq bununla bağlı müvafiq şöbəyə tapşırıq vermişəm”. “KƏLAMİNFO”nun məlumatına görə, bunu YAP qərargahında keçirdiyi mətbuat konfransında Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. Onun sözlərinə görə, bir neçə gündür mətbuatda keçmiş təhsil naziri Firudin Cəlilov və prezidentin sabiq müşaviri Eldar Namazova istinadən “Qaçqınkom”un yeni binaya köçürülməsi zamanı Ermənistandan olan qaçqınların şəxsi mülkiyyət sənədlərinin yandırıldığı barədə məlumatlar yayılıb. Məlumatda bildirilir ki, həmin sənədlərin yandırılması qaçqınları Ermənistan dövlətini məhkəməyə vermək imkanından məhrum edir: “Mən üzümü tutub onlardan soruşuram, sizin şəxsi mülkiyyət sənədləriniz haradadır, harada saxlanır? Şəxsi mülkiyyət sənədini hər bir kəs özündə müqəddəs bir sənəd kimi qoruyub saxlayır. Ermənistandan olan məcburi köçkünlərin sənədləri də heç vaxt komitədə olmayıb”. Ə.Həsənov komitə sədri işlədiyi dövrdə ayrı-ayrı mənbələrdən sənədlərin toplandığını, bunun üçün xüsusi arxiv yaradıldığını və yüzlərlə Ermənistan qaçqınının Ermənistanı məhkəməyə verilməsi prosesinə komitə tərəfindən ciddi dəstək göstərildiyini bildirib: “Belə böhtan xarakterli məlumatların yayılması Ermənistandan olan qaçqınları dövlətə qarşı qaldırmaq cəhdindən başqa bir şey deyil”.
URL / WWW
http://kelam.az/article/a-3560.html