Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Səfir Londonda xeyriyyə aksiyasında iştirak edib
13.05.11 19:52

Londonda “CFAB” (Uşaqların və Ailələrin Qorunması) təşkilatı tərəfindən xeyriyyə xarakterli 52-ci ənənəvi Beynəlxalq Yaz Yarmarkası keçirilib. Yarmarkada Londonda akkreditə olunmuş 70-ə yaxın diplomatik nümayəndəlik edib. Tədbirdə Azərbaycanın Böyük Britaniyadakı səfirliyi ölkəmizə aid milli suvenirlərdən ibarət stend, həmçinin milli musiqi nümunələrinin canlı ifası ilə təmsil olunub. Bu barədə məlumatı “KƏLAMİNFO”ya səfirlikdən veriblər. Kral ailəsinin nümayəndələri və Böyük Britaniyanın nüfuzlu ictimai xadimlərinin qatıldığı yarmarkanın rəsmi açılış mərasimində səfir Fəxrəddin Qurbanov iştirak edib. Yarmarkada Azərbaycan stendi və milli musiqi nümunələrimiz iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, nümayiş etdirilən suvenirlərdən əldə olunmuş vəsait “CFAB”ın uşaqlara yardım fonduna köçürülüb.
URL / WWW
http://kelam.az/article/a-3559.html