Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları Riqada səfərdədirlər
13.05.11 01:50

Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları Riqada səfərdədirlər. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, səfər Azərbaycan və Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın dördüncü iclasında iştirak etmək üçün təşkil olunub. İclasda Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin Beynəlxalq əlaqələr və protokol sektorunun müdiri Rauf Paşayev iştirak edir. Xatırladaq ki, komissiya üzvləri və müvafiq sahələr üzrə ekspertlər tərəfindən Protokol layihəsinin razılaşdırılaraq imzalanması nəzərdə tutulan iclasda, həmçinin sadalanan sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, o cümlədən uzunmüddətli birgə layihələr yaradılmasının mümkünlüyü müzakirə olunacaq.
URL / WWW
http://kelam.az/article/a-3555.html